“AZERRAIL” avrokubokda mübarizəyə başlayır
Bakı, 22 oktyabr, Tsport.az
Kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu avrokubokda mübarizəyə başlayır.
Tsport.az xəbər verir ki, 2025/26-cı illər mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edən “AZERRAIL” klubu təsnifat mərhələsinin 1-ci turunda Serbiyanın “Radniçki” komandası ilə üz-üzə gələcək. İlk oyun oktyabrın 23-də Bakıda keçiriləcək. FHN-nin idman zalında təşkil olunacaq matç saat 19:00-da başlayacaq.
Komandamıza uğurlar arzu edirik.
23.10.2025
19:00 “AZERRAIL” – “Radniçki”
Ünvan: FHN-nin idman zalı