Çimərlik voleybolçularımız 1/4 finalda
Bakı, 27 iyun , Tsport.az
Litvanın Vilnüs şəhərində keçirilən 20 yaşadək idmançılar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Azərbaycan milliləri uğurlu nəticə ilə yadda qalıb.
Tsport.az xəbər verir ki, turnirdə çıxış edən iki qız və iki oğlan duetimiz həm Ermənistan, həm də Gürcüstan komandalarını məğlub edərək 1/4 finala yüksəlib.
Oğlanlar arasında İbrahim Məmmədov və Muhəmməd Aslanlı tandemi Ermənistan üzərində 2:0 hesablı qələbə qazanıb. Qızların mübarizəsində isə Gürcüstan təmsilçilərini 2:1 hesabı ilə məğlub edən Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü növbəti mərhələyə adlayıb. Sabah 1/4 final qarşılaşmasında qızlarımız ev sahibləri ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, iyunun 29-da başa çatacaq bu turnirdə ilk üç yeri tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaq.