Voleybol

Voleybolçu dünya çempionatına buraxılmadı – SƏBƏB

Avstraliya azyaşlı qıza təcavüz etməkdə təqsirli bilinən niderlandlı çimərlik voleybolçusu Stiven van de Veldeyə viza verməkdən imtina edib.

“Tsport.az” xəbər verir ki,  nəticədə idmançı noyabrın 14-də Adelaidada başlayacaq çimərlik voleybolu üzrə dünya çempionatında iştirak edə bilməyəcək.

Van de Veldenin turnirdən kənarlaşdırılması onun komanda yoldaşı Alexander Brouwerin də yarışda iştirak etməyəcəyi anlamına gəlir. Van de Velde 2014-cü ildə Böyük Britaniyada azyaşlı qıza təcavüz etdiyinə görə 4 il həbs cəzasına məhkum edilib. Cəzasının bir hissəsini çəkdikdən sonra o, Niderlanda geri göndərilib və burada cəzası yerli qanunlara uyğunlaşdırılıb. İdmançı karyerasını 2018-ci ildə bərpa edib.

Leyla Sənani