Yüksək Liqasında II turun növbəti oyunu
Bakı, 24 oktyabr, Tsport.az
Bu gün kişi voleybolçuların Yüksək Liqasında II turun növbəti oyunu keçirilib. FHN-nin idman zalında təşkil olunan qarşılaşmada “Neftçi” komandası “Murov Az Terminal” klubu ilə üz-üzə gəlib.
Tsport.az xəbər verir ki, gərgin keçən oyunda 3:2 hesabı ilə qalib gələn “Murov Az Terminal” çempionatda ikinci qələbəsini qazanıb.
Oyunun nəticəsi
II tur
24 oktyabr
“Neftçi” – “Murov Az Terminal” 2:3 (25:22, 17:25, 25:17, 18:25, 11:15)

