Volkanovski Mayamidə taxta qayıtdı
Bakı, 13 aprel, Tsport.az
Aprelin 12-dən 13-nə keçən gecə ABŞ-ın Mayami şəhəri qarışıq döyüş növlərinin (MMA) mərkəzinə çevrildi. UFC 314 turnirində gecənin əsas qarşılaşması isə adrenalin dolu və tarixi anlarla yadda qaldı.
Tsport.az xəbər verir ki, yüngül çəkidə çempionluq kəməri uğrunda döyüşdə səhnəyə bu çəki dərəcəsinin ulduzları çıxdı: titula qovuşmaq istəyən keçmiş çempion Alexander Volkanovski və onun qarşısında durmaqdan çəkinməyən rəqib – Diego Lopes.
Mübarizə beş raund boyunca davam etdi və hər saniyəsi gərgin keçdi. Volkanovski yekdil qərarla qələbə qazandı və UFC çempionluq kəmərini yenidən belinə taxdı.
Avstraliyalı döyüşçü bu nəticə ilə peşəkar MMA karyerasında 27-ci qələbəsini əldə etdi (4 məğlubiyyət). Diego Lopes isə 23 qələbə və 7 məğlubiyyətlə karyerasını davam etdirir.