Dünya Futbolu

Warren Zaïre-Emery Avropa nəhənglərinin hədəfində

Bakı,5 oktyabr, Tsport.az

Paris Saint-Germainin (PSG) gənc yarımmüdafiəçisi Warren Zaïre-Emery Avropanın aparıcı klublarının diqqətini cəlb edib.

Tsport.az xəbər verir ki, Arsenal, Manchester City və Bayern München 19 yaşlı fransalı futbolçunun transferində maraqlıdır.

Buna baxmayaraq, Zaïre-Emery hazırda PSG-də özünü xoşbəxt hiss etdiyini və Paris klubunda inkişaf etməyə davam etmək istədiyini bildirib.