Dünya Futbolu

Wayne Rooney: “Marcus Rashford bəhanə gətirməməlidir”

Bakı, 17 oktyabr, Tsport.az

“Manchester United”-in sabiq kapitanı Wayne Rooney, Marcus Rashford-un performanssızlığını “mühit”lə əlaqələndirməsini doğru saymır.

Tsport.az xəbər verir ki, Rashford 2016-cı ildən bəri United-də 426 matçda 138 qol vurub və 5 böyük titul qazanıb. O, 2022/23 mövsümündə 30 qola imza atsa da, sonradan formadan düşüb və mövsümün ikinci yarısını “Aston Villa”da icarədə keçirib.

Hazırda “Barcelona”da icarədə olan Rashford müsahibəsində “uzun müddətdir qeyri-sabit mühitdə oynadığını” demişdi.

Lakin Rooney “The Wayne Rooney Show” verilişində bildirib:

“Bəli, mühit bəlkə də ideal deyil, amma bu, bəhanə ola bilməz. Futbolçu meydanda istədiyini göstərmirsə, bunun məsuliyyəti öz üzərindədir. Marcus çox istedadlıdır, amma bəzən istədiyi səviyyədə mübarizə aparmır – bunun mühitlə əlaqəsi yoxdur.”