“Werder Bremen” “Galatasaray”ın futbolçusunu geri verir
Bakı, 8 aprel, Tsport.az
Derrick Köhn “Galatasaray”a geri dönür.
Tsport.az xəbər verir ki, “Galatasaray”, keçən mövsümün ara transfer dövründə “Hannover”dən 3.35 milyon avroya transfer etdiyi Derrick Köhnü bu mövsümün əvvəlində “Werder Bremen”ə kiralamışdı.
Alman klubunun Galatasaray ilə anlaşmasına əsasən, Köhn üçün 5.125 milyon avro satın alma hüququ qoyulmuşdu.Werder Bremen, Köhn’ün satın alma hüququnu istifadə etməməyə qərar verib.
Bu halda, 26 yaşlı Alman sol müdafiəçi, mövsümün sonunda Galatasaraya geri dönəcək. Köhnün sarı-qırmızılılarla 2026-cı ilin yazına qədər müqaviləsi var.