Dünya Futbolu

Xabi Alonso Arda Gülerdən danışdı

Bakı, 5 iyul , Tsport.az 

Real Madrid“in baş məşqçisi Xabi Alonso, gənc türkiyəli futbolçu Arda Güler haqqında verdiyi açıqlamada onun inkişaf potensialını vurğulayıb.

Tsport.az xəbər verir ki, Alonso bildirib ki, Arda yalnız reaksiya verməklə kifayətlənməməli, müdafiə epizodlarını əvvəlcədən oxumağı öyrənməlidir. Bu isə, onun sözlərinə görə, vaxt və təcrübə tələb edir.

Alonso həmçinin qeyd edib ki, Arda səhvlər edə bilər, lakin bu səhvləri qəbul edib üzərində işləməsi vacibdir. O, Ardanın yaxşı pressinq etdiyini, lakin bu sahədə də təkmilləşməyə ehtiyacı olduğunu bildirib. Baş məşqçi onu da əlavə edib ki, klub olaraq Ardanın yetişməsinə dəstək verirlər və onun xüsusi keyfiyyətlərə malik bir futbolçu olduğunu düşünür.

Qeyd edək ki, Arda Güler bu yaxınlarda keçirilən Klublararası Dünya Çempionatında 4 oyunda iştirak edib və 1 qol vurub.