Xabi Alonso kapitan Karvahalı əsas heyətdən kənarda saxlayır
Bakı, 5 avqust, Tsport.az
“Real Madrid“in baş məşqçisi Xabi Alonso kapitan Dani Karvahalı yeni mövsümdə start heyətində görmür.
Tsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis onun mövqeyində Aleksander Arnolda şans verməyi planlaşdırır.
Məlumata görə, Alonso 33 yaşlı Karvahalla bu barədə söhbət aparıb və ona əsas heyətə düşmək üçün mübarizə aparmalı olduğunu bildirib.
Ötən ilin oktyabr ayında ciddi zədələnən Karvahalın hələ də tam formaya qayıda bilmədiyi vurğulanır.
Qeyd edək ki, Dani Karvahal 2013-cü ildən “Real Madrid”in əsas komandasında çıxış edir.