Xabi Alonso keçmiş şagirdini 50 milyon avroya “Real Madrid”ə transfer edir
Bakı, 17 iyul , Tsport.az
Ekvadorlu müdafiəçi, Xabi Alonsonun sisteminə bələd və tam hazırdır.
Tsport.az xəbər verir ki , “Real Madrid” müdafiə xəttini gücləndirmək planlarını davam etdirərkən, “Bayer Leverkusen”in Ekvadorlu futbolçusu Piero Hincapienin İspaniya nəhənginə təklif olunduğu bildirilib. ESPNin xəbərinə görə, bazar dəyəri 50 milyon avro civarında olan 23 yaşlı mərkəz müdafiəçi artıq “Real Madrid”in diqqət mərkəzinə düşüb.
Son altı ayda müdafiəyə 120 milyon avro xərcləyən “Los Blancos”; Dean Huijsen, Trent Alexander-Arnold və Alvaro Carreras kimi önəmli adları heyətinə qatsa da, baş məşqçi Xabi Alonsonun üçlü müdafiə sistemi baxımından bəzi boşluqlar hələ də nəzərə çarpır.
Huijsenin yanına etibarlı bir ad axtarılır və Hincapie bu ehtiyac fonunda təklif olunan ən real variantlardan biri kimi ön plana çıxır.
Mövcud müdafiəçilərlə bağlı narahatlıqlar davam edir
Eder Militao və David Alabanın uzun müddətli diz zədələrindən sonra tam formaya qayıdıb-qayıtmayacağı hələlik bilinmir. Antonio Rüdiger isə cərrahiyyə əməliyyatından yeni çıxıb və dizində xroniki artrit problemi yaşayır. Raul Asencionun “Klublararası Dünya Kuboku”ndakı çıxışı isə texniki heyətdə sual işarələri yaradıb.
Bu səbəbdən müdafiədə dərinliyin olmaması “Real Madrid” üçün hələ də narahatlıq mənbəyidir.
Alonsonun sisteminə uyğunluğu ilə seçilir
Piero Hincapie-nin ən önəmli üstünlüklərindən biri, Xabi Alonso-nun oyun sisteminə yaxşı bələd olmasıdır. “Bayer Leverkusen”də keçirdiyi dövrdə Alonso-nun taktiki anlayışını dərindən mənimsəyən ekvadorlu futbolçu, üçlü müdafiənin sol cinahında sabit performans sərgiləmişdi. Bu amil də onu “Real Madrid” üçün daha cəlbedici edən əsas xüsusiyyətlərdən biri hesab olunur.
Hər nə qədər “Atletico Madrid” və “Chelsea” kimi klubların da Hincapie ilə maraqlandığı bildirilsə də, hazırda “Real Madrid”in bu transferlə bağlı konkret addım atmadığı və yayda müdafiəyə yenidən böyük xərclər etməyi planlaşdırmadığı qeyd olunur.
Aytac Mustafayeva