Dünya Futbolu

Xabi Alonso “Real”dan onu istədi

Bakı, 16 may, Tsport.az

Xabi Alonso, “Real Madrid”ın baş məşqçisi olacağı gözlənilən zaman ilk transfer tələbini rəhbərlikdən edib.

Tsport.az xəbər verir ki, mütəxəssis, “Bournemouth”un 20 yaşlı müdafiəçisi Din Huyssenin transferini sürətləndirməyi xahiş edib. Alonso, gənc futbolçunu komandasında görmək istəyir.

Huyssenin adı yalnız “Real Madrid “ilə deyil, həm də bir neçə digər Premyer Liqa klubu tərəfindən diqqətlə izlənilir. Lakin, gənc müdafiəçi, “Real Madrid”i seçib.

Bu transferin gerçəkləşməsi, Alonso’nun “Real”da idarəetmə dövründə ilk böyük addımı olacaq.