Dünya Futbolu

Xabi Alonsodan “Real Madrid” açıqlaması

Bakı, 27 mart, Tsport.az

“Bayer” Leverkusenin baş məşqçisi Xabi Alonso bu gün karyerası ilə bağlı vacib açıqlama verəcək.

Tsport.az xəbər verir ki, son vaxtlar onun “Real Madrid”in baş məşqçisi olacağı barədə iddialar yayılıb. Alonso bu xəbərlərə rəsmi şəkildə münasibət bildirəcək.

İspan mütəxəssisin “Bayer” ilə mövcud müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Onun rəhbərliyi altında komanda 2023/24 mövsümündə Almaniya çempionu olub.