Dünya Futbolu

Xabi “Real Madrid”in sükanı arxasına bu tarixdə keçəcək

Bakı, 12 may, Tsport.az

“Bayer 04 Leverkusen”in baş məşqçisi Xabi Alonso yayda “Real Madrid”in sükanı arxasına keçəcək.

Tsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis iyunun 1-də Madrid klubu ilə rəsmi müqavilə imzalayacaq. O, iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək FIFA Klublararası Dünya Çempionatında “Real Madrid”in baş məşqçisi kimi komandanı idarə edəcək.

Qeyd edək ki, “Bayer Leverkusen” mayın 9-da rəsmi açıqlama yayaraq Alonsonun mövsümün sonunda klubdan ayrılacağını bildirmişdi. O, “Los Blancos”da Carlo Ancelottini əvəz edəcək.