Digər

Xaqan Əhməd dünya ikincisini məğlub etdi

Bakı, 16 iyun , Tsport.az 

Azərbaycanlı şahmatçı Xaqan Əhməd Londonda keçirilən komandalar arasında blits üzrə dünya çempionatında möhtəşəm uğura imza atıb. 2290 FIDE reytinqinə sahib olan Əhməd, dünya reytinqində ikinci pillədə qərarlaşan Hikaru Nakamuraya (2804, ABŞ) qalib gələrək karyerasında ilk dəfə belə güclü rəqibi məğlub edib.

Tsport.az xəbər verir ki, gənc şahmatçı Azərbaycan Şahmat Federasiyasına verdiyi açıqlamada bu qələbənin onun üçün unutulmaz anlarla yadda qaldığını bildirib. O, Nakamura ilə partiyanın həyəcanlı başladığını, rəqibin müəyyən səhvlərə yol verdiyini və heç-heçə üçün çıxış yolu axtardığını qeyd edib.

Xaqan Əhməd komanda yoldaşlarına və kapitanına minnətdarlığını ifadə edərək, Türk Hava Yolları komandası ilə 1/8 finala vəsiqə qazana bilmədiklərini təəssüflə vurğulayıb. O, həmçinin Azərbaycan çempionu Rauf Məmmədovun onu ilk təbrik edənlərdən olduğunu və bu anın onun üçün xüsusi olduğunu bildirib.