Xavi “Al-Hilal”a keçir?
Bakı, 3 may, Tsport.az
“Barcelona”nın sabiq baş məşqçisi Xavi Hernández növbəti mövsümdən etibarən “Al-Hilal” klubuna rəhbərlik edə bilər.
Tsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Jorge Jesusla yollarını ayırdıqdan sonra ispan mütəxəssisi baş məşqçi postuna namizəd kimi nəzərdən keçirir. Klub rəhbərliyi Xavini əsas variantlardan biri hesab edir.
Xavi son olaraq “Barcelona”da çalışıb və bu müddətdə La Liqa çempionluğu da daxil olmaqla bir sıra uğurlara imza atıb. Hazırda isə o, azad agent statusundadır.