Dünya Futbolu

Xavi baş məşqçi kimi geri dönməyə hazırdır

Bakı, 18 mart, Tsport.az

Barcelona“nın keçmiş baş məşqçisi Xavi, məşqçilik karyerasını davam etdirmək üçün yeni təkliflərə hazır olduğunu açıqlayıb.

Tsport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis, Avropadakı futbol mövsümü sona çatdıqdan sonra baş məşqçi kimi fəaliyyətə başlamağı planlaşdırdığını bildirib. O, xüsusilə UEFA Çempionlar Liqasının müntəzəm iştirakçılarını çalışdırmaq niyyətində olduğunu qeyd edib.

Xavi, 2021-ci ildən 2024-cü ilə qədər “Barcelona”nı idarə edib.