Xavi Simons “Leipzig”dən ayrılmaq istəyir
Bakı, 20 aprel, Tsport.az
Gənc ulduz Xavi Simons bu yay “RB Leipzig” ilə yollarını ayırmağa hazırlaşır.
Tsport.az xəbər verir ki, məşhur insayder Fabrizio Romanonun X sosial şəbəkəsində yaydığı məlumata görə, Niderlandlı yarımmüdafiəçi karyerasını yenidən “Barcelona”da davam etdirmək istəyir.
Simons 2019-cu ilə qədər Kataloniya klubunun akademiyasında çıxış edib və bu dönüş onun üçün həm simvolik, həm də emosional əhəmiyyət daşıyır. Lakin Romanonun qeyd etdiyi kimi, bu keçidin yay transfer pəncərəsində reallaşması çətin görünür.
21 yaşlı oyunçunun adı həmçinin İngiltərə Premyer Liqası klubları ilə də hallanır. “RB Leipzig” isə onun satışından azı 75 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Simons cari mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla olan müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı Simonsu 70 milyon avro dəyərində qiymətləndirir.