Xorvatiya futbolunda ağır itki
Bakı, 19 aprel, Tsport.az
Xorvatiya milli komandasının keçmiş yarımmüdafiəçisi və bir zamanlar “AS Monaco klubunun formasını geyinmiş Nikola Pokrivač faciəvi yol qəzasında dünyasını dəyişib.
Tsport.az xəbər verir ki, Xorvatiya Futbol Federasiyasının (HNS) verdiyi rəsmi məlumata görə, 39 yaşlı futbolçu Karlovac bölgəsində baş verən çoxnəqliyyatlı yol qəzasında həyatını itirib. Dörd avtomobilin toqquşduğu hadisə zamanı Pokrivačla yanaşı daha bir nəfər də həlak olub.
Peşəkar karyerası ərzində bir çox tanınmış Avropa klublarında çıxış edən Pokrivač son olaraq Xorvatiyanın aşağı liqa təmsilçisi “NK Vojnić 95” klubunda forma geyinirdi.