Xorvatiyanın “Hayduk” Klubu “Zirə”yə Başsağlığı Verib
Bakı, 22 iyul , Tsport.az
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə üz-üzə gələcək Xorvatiyanın “Hayduk” klubu, Bakı təmsilçisinin akademiyasının üzvü Fərid Şahverdiyevin faciəvi ölümü ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
Tsport.az xəbər verir ki, bu barədə sabahkı oyun öncəsi keçirilən mətbuat konfransında bildirilib. “Split” klubunun mətbuat xidmətinin rəhbəri, klubun bu kədərli xəbərdən dərindən təsirləndiyini vurğulayıb.
Qeyd edək ki, “Zirə”nin U-16 komandasının futbolçusu Fərid Şahverdiyev bir neçə gün əvvəl çimərlikdə boğularaq dünyasını dəyişmişdi.