Azərbaycan FutboluMüsahibə

 “Xoşbəxtəm ki, belə bir qol vurdum.”-Karim Rossi

Bakı, 18 avqust  , Tsport.az

Bu sözləri  16 avqust  Misli Premyer Liqasının I turunda “Neftçi”nin doğma meydanda “Şamaxı“nı qəbul etdiyi,yekunda 1:1 hesabı ilə başa çatan oyun sonrası “Neftçi”də qolun müəllifi Karim Rossi deyib.

Oyun haqqında fikirləriniz?

– Bir xaldan xoşbəxtik. “Neftçi” kimi bir komanda ilə  səfərdə oynamaq həqiqətən də çətindir. İlk hissədə 1:0 önə keçdik. İkinci hissədə də qol vura bilərdik, amma alınmadı. Sona yaxın qol buraxdıq. Əslində, ikinci hissədə “Neftçi” də qalib gələ bilərdi. Amma yenə də məncə, “Şamaxı”dan bir xalla qayıtmaq bizim üçün yaxşı nəticədir. Özümüzü yaxşı hiss edirik.

Qol haqqında nə deyə bilərsiniz?

– Açığı, bir az gülməli hadisədir. Çünki bütün həftə boyu Andrey ilə məşqlərdə bu epizodu sınayırdıq, amma heç vaxt bu qədər yaxın məsafədən yoxlamamışdıq. Xoşbəxtəm ki, belə bir qol vurdum. Azərbaycandakı ilk oyunumda fərqlənmək mənim üçün yaxşı göstəricidir.

Bir qol daha vura bilərdiniz?

– Razıyam, bir-iki epizodum oldu. Fərqlənə bilərdim, amma zaman lazımdır. Zamanla daha da inkişaf edib, daha yaxşı olacağıq.

 Qol epizodunda qapıçının səhvi var idi, yoxsa qaytarmaq mümkün deyildi?

– Açığını deyim, deyə bilmərəm ki, orada səhv var idi ya yox.Bu mənim işim deyil. Amma məncə, qapıya çox yaxın məsafədən zərbə idi. Hətta penaltiyə bənzər bir epizod idi. Mənim üçün sevindiricidir ki,  

 dəqiq zərbə ilə qol vurdum.

Əsas məsələ nədir?

– Əsas məsələ əvvəlkindən daha yaxşı komanda qurmaqdır. Böyümək, daha yaxşı yerlərə gəlmək, güclü komanda olmaqdır. Amma ilk turda “Neftçi” ilə səfərdə bir xal qazanmaq mənim üçün yaxşı nəticə idi.

 “Neftçi” digər böyük komandaların qorxulu rəqibi ola bilərmi?

– Təbii ki, “Neftçi” çox yaxşı komandadır. Digər güclü komandalar da var. Amma mən yalnız öz oyunuma fokuslanmışam. Çalışacam ki, “Şamaxı” oyununda da komandama kömək edim. Mövsümün sonunda necə olacağını görəcəyik. Qollar vurub fərqlənmək istəyirəm. Azərbaycan çempionatında yüksək səviyyəli komandalar isə  kifayət qədərdir.

Aytac Mustafayeva