Dünya Futbolu

Yacine Adli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək

Bakı, 7 sentyabr, Tsport.az

“Milan”ın fransalı yarımmüdafiəçisi Yacine Adli yeni mövsümdən Səudiyyə Ərəbistanının “El-Şabab” klubu üçün oynayacaq.

Tsport.az xəbər verir ki, klub ilə futbolçu arasında transfer məsələsində razılıq əldə olunub.

25 yaşlı oyunçuya 3 illik müqavilə və illik 7 milyon avro məvacib təklif olunub. Bu məbləğ onun “Milan”da qazandığından üç dəfə artıqdır.

Qeyd edək ki, ötən mövsüm Adli icarə əsasında “Fiorentina”nın heyətində çıxış edib. Fransanın “PSG” klubunun yetirməsi olan yarımmüdafiəçi 2021-ci ildə “Bordo”dan “Milan”a transfer olunmuşdu.