“Yamal əfsanə olacaq”
Bakı, 21 iyun , Tsport.az
İspaniya millisinin çalışdırıcısı Luis de la Fuente Lamine Yamal haqqında danışıb.
Tsport.az xəbər verir ki, o, “Barcelona”da çıxış edən 17 yaşlı hücumçu haqqında:
“O, mütləq inanılmaz səviyyəyə çatacaq. Bir daha deyirəm: Yamal əfsanə olacaq. O, əlbəttə ki, bəzi sahələrdə təkmilləşməlidir. Yamalın qayğısına qalmalıyıq. Amma Lamine sürətlə böyüyür və başa düşməlidir ki, millidəki və klubdakı komanda yoldaşları onun əfsanə olmasına kömək edəcəklər. Heyrətamiz oğlandır”- deyib.
Qeyd edək ki, Lamine Yamal ötən il İspaniya millisi ilə Avro-2024-ün qalibi olub.