“Yamal Ballon d’Or-u qazanmalıdır”
Bakı, 22 iyun , Tsport.az
Marcus Rashford, Marbella’daki XBuyer YouTube kanalına verdiyi müsahibədə həm gələcəyi, həm də Lamine Yamal haqqında fikirlərini bölüşüb.
Tsport.az xəbər verir ki, ingiltərəli hücumçu, Barcelona-nın gənc ulduzu Yamalın bu il Ballon d’Or-u qazanmalı olduğunu bildirib: “Sadəcə futbol bacarığına baxsaq, o, mütləq qazanmalıdır” deyə vurğulayıb.
Rashford, Yamal ilə bir gün eyni komandada oynamaq istədiyini də gizlətməyib: “Əlbəttə, hər kəs ən yaxşılarla oynamaq istəyər. Ümid edirəm, görəcəyik”. Bu açıqlamalar, onun Barcelona-ya keçid arzusunu daha da gücləndirir.
Hazırda “Manchester United”da gələcəyi qeyri-müəyyən olan Rashford, ötən mövsüm “Aston Villa”da icarə əsasında çıxış etmişdi. “Barcelona”nın onu transfer etmək ehtimalı hələ də gündəmdədir, lakin klubun Nico Williamsı almağa yaxın olması bu keçidi çətinləşdirə bilər.