” Yatsam, yuxuma girməzdi ki, Çempionlar Liqasının hansısa bir oyununda ən yaxşı seçiləcəyəm ” – Elvin Cəfərquliyev
Bakı, 2 oktyabr, Tsport.az
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində “Qarabağ ” – “Kopenhagen” (Danimarka) matçında “Qarabağ”ın 2:0 qalib gəldiyi oyunda, UEFA Çempionlar Liqasında həmin oyunun matçın oyunçusu seçilən Elvin Cəfərquliyev media nümayəndələrinə müsahibə verib.
“Çox qürurluyam. Yatsam, yuxuma girməzdi ki, Çempionlar Liqasının hansısa bir oyununda ən yaxşı seçiləcəyəm. Məşqçilər heyətinə, hamıya təşəkkür edirəm. Azarkeşlərimizə minnətdaram ki, bizə inam verdilər. Komanda olaraq özümüzə inanırıq”.
E.Cəfərquliyev media nümayəndəsinin “Yəqin ki, oyunun ən yaxşısı mükafatı ilə yatacaqsan” zarafatına belə reaksiya verib: “Yox, yenə də yata bilməyəcəyəm. Mükafatı elə bir yerə qoyacağam ki, həmişə görüm. Bəlkə, baxa-baxa yataram”.
O, görüşün çətin keçdiyini də vurğulayıb: “Oyun çox çətin keçdi. Rəqibi analiz etmişdik. Son oyunlarına da baxmışdıq. Çempionlar Liqasnda zəif rəqib yoxdur, bunu bilirik. Şükürlər olsun ki, qələbə qazandıq. Bununla kifayətlənmək olmaz. İnşallah, növbəti oyunlarda da azarkeşləri, sizləri sevindirərik”.
E.Cəfərquliyev qarşıdakı matçlar haqda fikirlərini bölüşüb: “Əlbəttə. Amma biz də özümüz inanırıq. Növbəti rəqibləri də analiz edəcəyik”.
Futbolçu “Turnir cədvəlində ilk “24-lüy”ə düşərək növbəti mərhələyə adlamaq şanslarınızı necə dəyərləndirərdiniz” sualını cavablandırıb: “Niyyətimiz sadəcə meydana çıxaraq öz oyunumuzu oynamq, qələə qazanmaqdır. Sonda nə olacağını isə yalnız Allah bilir”.
Qeyd edək ki, Azərbaycan futbolunda UEFA Çempionlar Ligasına seçilən ilk matçın oyunçusu məhz “Qarabağ” komandasının oyunçusu Elvin Cəfərquliyev oldu.
Biz də öz növbəmizdə Elvin Cəfərquliyevi təbrik edir,
uğurlarının davamını diləyirik.
Aytac Mustafayeva