Digər

Yay Azərbaycan çempionatına start verildi

Bakı, 6 iyun , Tsport.az 

Gənclər və İdman NazirliyiAzərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Yay Azərbaycan çempionatı start götürüb. Açılış mərasimində federasiyanın baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın əhəmiyyətini vurğulayaraq idmançılara uğurlar arzulayıblar.

Tsport.az xəbər verir ki, çempionatda 160-dan çox atlet iştirak edir. Yarış dünya çempionatı və İslam Həmrəyliyi Oyunlarına lisenziya qazanmaq, Komandalararası Avropa çempionatı və Balkan çempionatına seçim baxımından böyük önəm daşıyır.

Turnirin ilk günündə bir sıra atletlər uğurla çıxış edərək Azərbaycan çempionu adına sahib olublar:

  • 100 metr məsafəyə qaçışƏlhəm NağıyevLamiyə Vəliyeva
  • 400 metr məsafəyə qaçışNovruz Əsədliİlahə Quliyeva
  • 1500 metr məsafəyə qaçışBəxtiyar ƏsgərliAnna Yusupova
  • 100 metr sədlərlə qaçışLəman İsfəndiyarova
  • 3000 metr maneələrlə qaçışƏmrah Nağıyev
  • Üç təkanla tullanmaRüstəm MəmmədovYekaterina Sarıyeva
  • Hündürlüyə tullanmaƏləkbər ƏsgərovZeynəb Qəmbərova
  • Şüvüllə tullanmaCabir Əliyev
  • Nüvə itələməİsmayıl ƏliyevSəkinə Hacızadə
  • Nizə atmaOrxan Qasımovİradə Əliyeva

Turnir davam edir və idmançılar növbəti günlərdə də mübarizəni davam etdirəcəklər.