Azərbaycan Futbolu

Yeni mövsümdə “Kəpəz” ev oyunlarını Qəbələdə oynayacaq

Bakı, 7 avqust, Tsport.az

Misli Premyer Liqasının 2025/2026 mövsümündə “Kəpəz” ilk ev oyunlarını Qəbələdə keçirəcək.

Tsport.az xəbər verir ki, Gəncə şəhər stadionunun tikintisi davam etdiyindən “Kəpəz” yeni mövsümdə ev oyunlarını Qəbələdə oynayacaq. Stadion tam hazır vəziyyətə gətirildikdən sonra komanda rəqiblərini yenidən doğma meydanda – Nizami yurdunda qəbul edəcək.

Əvəzedici komanda isə ötən mövsümlərdə olduğu kimi klubun Məşq Mərkəzindəki ehtiyat meydanda çıxış edəcək.