Dünya Futbolu

Yeni qayda- qapıçılar topu əlllərində ən çox 8 saniyə saxlaya biləcəklər

Bakı, 8 aprel, Tsport.az

ABŞ-da 14 iyun-13 iyul tarixləri arasında keçiriləcək 2025-ci il FIFA Klublar Dünya Kubokunda qapıçıların oyunda vaxt keçirməsinin qarşısını almaq üçün yeni qaydalar tətbiq ediləcək.

Tsport.az xəbər verir ki, FIFA-dan verilən məlumata görə, turnirə hazırlıq məqsədilə müxtəlif vaxtlarda Cürih, Dubay və Buenos-Ayresdə seminarlar keçirilib.

Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) 1 mart 2025-ci il tarixində təsdiq etdiyi qaydalar dəyişikliyindən sonra, FIFA Klublar Dünya Kubokunda qapıçıların oyun zamanı vaxt keçirməsini maneə törətmək üçün yeni qayda tətbiq ediləcək. Yeni qaydalara əsasən, qapıçı topu əlində ən çox 8 saniyə saxlayacaq. Əgər bu vaxt keçərsə, rəqib komanda künc zərbəsi alacaq. Əvvəlki qaydada qapıçının topu 6 saniyə saxlama haqqı vardı, amma bu qayda hakimlər tərəfindən nadir hallarda tətbiq edilirdi.

Bundan əlavə, turnirdə iştirak edəcək hakimlər oyunlar zamanı bədən kamerası (bodycam) istifadə edəcəklər.