Dünya Futbolu

“Yeni zəfərlər qazanmaq üçün səbirsizlənirəm” – Denis Dragus

Bakı, 18 iyul , Tsport.az 

Trendyol Super Liqasının təmsilçisi “Eyüpspor” hücum xəttini “Trabzonspor”un rumıniyalı hücumçusu  Denis Dragus ilə gücləndirib.

Tsport.az xəbər verir ki , İstanbul təmsilçisi Dragus üçün imza mərasimi təşkil edib.

İmza mərasimində danışan “Eyüpspor”un rəhbər heyətin üzvü  Fatih Kulaksız bunları deyib:

“İlk olaraq bu transferin baş tutmasında bizə asanlıq yaradan “Trabzonspor”klubuna, klubun prezidenti cənab Ertuğrul Doğana, rəhbər heyətin üzvü  Zeyyat Kafkasa və Prezident müavini İbrahim Şahinkayaya təşəkkür edirəm. Draguş Super Liqadan tanıdığımız, liqamızı yaxşı bilən önəmli bir futbolçudur. O, eyni zamanda Rumıniya A milli komandasının da əsas heyət üzvüdür. Mövsüm sonunda dünya çempionatında da iştirak edəcək. Buna görə də düşünürəm ki, Draguş bizə ciddi töhfə verəcək və önəmli performans sərgiləyəcək. Onun da burada dünya çempionatına ən yaxşı şəkildə hazırlaşacağına inanıram. Bu transferin hər iki tərəf üçün xeyirli olmasını arzulayıram.”

Denis Dragus: “Yeni zəfərlər qazanmaq üçün səbirsizlənirəm”

Dragus isə hisslərini belə ifadə edib:

“Eyüpspor”aqoşulduğum üçün çox xoşbəxtəm. Mənə göstərilən diqqət və bu transferin reallaşması üçün edilən səylər burada olmamda böyük rol oynadı. Eyüpspor daha öncə də meydanda uğurla mübarizə aparan güclü bir komandadır. Mən də karyeramın bu yeni mərhələsində “Eyüpspor”un uğuru üçün mübarizə aparmağa və klubumla birlikdə yeni zəfərlər qazanmağa can atıram.”

Aytac Mustafayeva