Dünya Futbolu

Yenidən zədələnən Neymar, göz yaşları içində meydanı tərk etdi!

Bakı, 17 aprel, Tsport.az

Bir ildən artıq müddətdir zədələrlə mübarizə aparan və ölkəsində futbol oynamağa başladığı” Santos “forması ilə yenidən meydanlara qayıdan 33 yaşlı braziliyalı ulduz futbolçu Neymar, təəssüf ki, yenidən zədələndi.

Tsport.az xəbər verir ki , Təcrübəli oyunçu, Braziliya Serie A-da Atletico MG ilə keçirilən oyunun ilk yarısında sol ayağından zədələndi. Ağrılar səbəbilə ehtiyat oyunçular skamyasına işarə edən Neymar, 34-cü dəqiqədə göz yaşları içində meydanı tərk etdi.

Ulduz futbolçu daha əvvəl İspaniyanın“Barcelona “və Fransanın “Paris Saint-Germain “klublarında çıxış etdikdən sonra 2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanının “Al Hilal”klubuna transfer olunmuşdu.

Astronomik bir transfer haqqı və maaş qarşılığında “Al Hilal”ilə müqavilə imzalayan Neymar, 2023-cü ilin oktyabrında milli komandada yaşadığı çarpaz bağ və meniskus zədəsi səbəbindən bir il forma geyə bilməmişdi.

Aytac Mustafayeva