Digər

Yeniyetmə cüdoçularımız Avropa çempionatında

Bakı, 24 iyun , Tsport.az 

26–29 iyun tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək yeniyetmələr arasında Avropa çempionatı öncəsi Azərbaycan millisinin üzvləri ilə görüş təşkil olunub.

Tsport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyətinin qatıldığı görüşdə idmançılara uğurlar arzulanıb. Federasiya rəhbərliyi cüdoçulara olan etimadını ifadə edərək, Avropa çempionatında yüksək nəticələr gözlədiklərini vurğulayıb. Eyni zamanda, qarşıdakı yarışla bağlı tövsiyələr də verilib.

Qeyd edək ki, Azərbaycan millisi Skopyedə keçiriləcək qitə birinciliyində 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizəyə qatılacaq. Komandamız turnirin son günündə qarışıq komanda yarışında da iştirak edəcək.