Dünya Futbolu

Youssef En-Nesyri üçün rekord transfer

Bakı, 19 iyul , Tsport.az 

Fenerbahçe“in hücumçusu Youssef En-Nesyri klub tarixinin ən böyük satışına imza atmağa yaxındır. İddialara görə, Mərakeşli futbolçuya Suudi Ərəbistan təmsilçiləri – “Neom“, “Al Hilal” və “Al Qadsiah” maraq göstərirlər.

Tsport.az xəbər verir ki, İstanbul klubunun onu 35 milyon avro dəyərində qiymətləndirdiyi bildirilir. Transfer bu məbləğlə reallaşarsa, En-Nesyri Türkiyə Super Liqası tarixində ən yüksək bonservisli satış olacaq.

Məlumata görə, “Al Qadsiah” oyunçunu Pierre-Emerick Aubameyangın yerinə düşünür və transfer üçün ciddi israr nümayiş etdirir.

Avropa klublarının En-Nesyriyə marağının illik yüksək maaşı səbəbindən azalması, onun böyük ehtimalla Yaxın Şərqə üz tutacağı proqnozunu gücləndirib.

Qeyd edək ki, hücumçu ötən mövsüm “Fenerbahçe” forması ilə 30 qola imza ataraq komandanın ən məhsuldar oyunçularından biri olub.