Yüksək Liqa: “Araz-Naxçıvan”dan inamlı qələbə
Bakı, 2 oktyabr, Tsport.az
Bu gün Futzal Yüksək Liqasında III tur start götürüb.
Tsport.az xəbər verir ki, günün ikinci qarşılamasında “Araz-Naxçıvan” və “Lənkəran” komandaları görüşüblər.
Olimpik starda start götürən matç ev sahiblərinin 13:2 hesablı qələbəsi ilə başa çatıb.
Qolların müəllifləri
Araz-Naxçıvan:
Valerio Giovanny, 3:17, 10:45
Alex Teixeira, 4:30, 13:07
Luicci Longo, 4:39, 7:01
Ülvi Əliyev, 11:11
Mirzə Əmirov, 16:02
Jean Perruzo, 18:46
Alleks Rezende, 29:28
Filipinho, 30:20
Ümid Qəhrəmanov, 34:58
Ədalət Ələkbərov, 34:59 (pen.)
Lənkəran:
Ümid Qəhrəmanov, 29:21
Orxan Qədirov, 38:25
Günü ilk matçında “Neftçi” “Şuşa”nı qəbul edib. Qarşılaşma “Neftçi”nin 12:2 hesablı üstünlüyü ilə yekunlaşıb.