Voleybol

Yüksək Liqa üzrə XVI turun oyun cədvəli bəlli olub

Bakı, 14 mart, Tsport.az

Azərbaycan Voleybol Yüksək Liqalarının XVI turunun proqramı açıqlanıb.

Tsport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki , Yüksək Liqa üzrə XVI turun oyun cədvəli bəlli olub.

Qadınlar arasında keçiriləcək qarşılaşmalar martın 18-də baş tutacaq. Həmin gün UNEC – “Murov Az Terminal” və “Abşeron” – “Gəncə” komandaları saat 16:00-da qarşılaşacaq. Digər matç olan “Azərreyl” – “Milli Aviasiya Akademiyası” oyunu isə saat 18:00-da başlayacaq. İlk oyun UNEC-in idman zalında, qalanları isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Kişilərin yarışında isə oyunlar martın 19-da keçiriləcək. İlk matçda “Xilasedici” və “Gənclər” komandaları saat 16:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında qarşılaşacaq. Eyni saatda, MOİK – “Murov Az Terminal” matçı və saat 18:00-da başlayacaq “Azərreyl” – “Neftçi” görüşləri isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.