Azərbaycan Futbolu

Yusif İmanov “Sabah”dan ayrıldı

Bakı, 11 iyul, Tsport.az

Azərbaycan milli komandasının qapıçısı Yusif İmanovSabah” FK ilə yollarını ayırdığını açıqlayıb.

Tsport.az xəbər verir ki, 22 yaşlı qolkiper bu qərarını şəxsi Feysbuk səhifəsində paylaşıb. Klubun yetirməsi olan İmanov son 6 ayda heyətdə yer almaması və ona qarşı göstərilən subyektiv yanaşma səbəbindən müqaviləsini birtərəfli qaydada pozduğunu bildirib.

Futbolçu klubla rəsmi yazışmaların bir ay davam etdiyini və hüquqi prosedurların tamamlandığını qeyd edib. O, “Sabah”da keçirdiyi illərə görə təşəkkürünü ifadə edərək, qarşıdakı hədəflər üçün hazır olduğunu açıqlayıb.