Digər

Zelim Tçkayev dünya çempionatında bürünc medal qazandı

Bakı, 16 iyun , Tsport.az 

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan ilk medalını əldə edib. 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev, üçüncü yer uğrunda BƏƏ təmsilçisi Nuqzari Tatalişvilini məğlub edərək bürünc medala sahib çıxıb.

Tsport.az xəbər verir ki, bu uğur Azərbaycan millisinin dünya çempionatında qazandığı ilk medal kimi tarixə düşüb. Tçkayev, qızıl xal bölümündə cərimə xalları hesabına üstünlük qazanaraq rəqibini məğlub edib.