Azərbaycan Futbolu

“Zirə” Tovuzda qələbə qazandı

Bakı, 4 mart, Tsport.az

Misli Premyer Liqasının XXV turu çərçivəsində “Zirə” səfərdə “Turan Tovuz”u məğlub edib.

Tsport.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada paytaxt təmsilçisi 2:0 hesabı ilə qələbə qazanıb.
Komandanın qollarını 5-ci dəqiqədə penalti zərbəsindən Qismət Alıyev, 56-cı dəqiqədə isə İssa Cibrila vurub.

Bu nəticə ilə “Zirə”nin xalı 48-ə yüksələrək ikinci pillədə mövqeyini qoruyub, “Turan Tovuz” isə 42 xalla dördüncü sırada qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunlarında “Şamaxı” səfərdə “Səbail”i, “Qarabağ” isə “Sumqayıt”ı eyni – 2:0 hesabı ilə məğlub edib. Turun son qarşılaşması martın 5-də “Kəpəz” və “Neftçi” arasında baş tutacaq.