Zirə” evdə qalib gəlib
Bakı, 9 mart, Tsport.az
Misli Premyer Liqasının XXVI turunda “Zirə” doğma meydanda “Səbail”i məğlub edib.
Tsport.az xəbər verir ki, Zirə İdman Kompleksində keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 73-cü dəqiqəsində “Səbail”in futbolçusu Suleyman Alluş qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Matçın taleyini isə 90+6-cı dəqiqədə Ruan Renatonun vurduğu qol həll edib.
Bu nəticə ilə “Zirə” xallarını 51-ə yüksəldərək turnir cədvəlində ikinci pilləyə qalxıb. “Səbail” isə 18 xalla sonuncu – 10-cu yerdə qalıb.
Günün ilk qarşılaşmasında “Şamaxı” doğma meydanda “Sabah”ı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun oyunları martın 10-da başa çatacaq. Ötən gün “Qarabağ” “Araz-Naxçıvan” üzərində 3:1 hesablı qələbə qazanıb.