“Zirə” “Hajduk”la səfər matçına ciddi itki ilə çıxacaq
Bakı, 23 iyul , Tsport.az
“Zirə“nin yarımmüdafiəçisi Brahim Konate Xorvatiyanın “Hajduk” klubu ilə səfər matçında komandasına kömək edə bilməyəcək. Bu barədə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında məlumat verib.
Tsport.az xəbər verir ki, Sadıqov 29 yaşlı futbolçunun oyunda ciddi zədə aldığını bildirib: “Görüş zamanı onun çiyni çıxıb. Böyük ehtimalla o, səfər matçında meydana çıxa bilməyəcək. Adətən belə zədələr zamanı futbolçu 1 aya yaxın yaşıl meydanlardan kənarda qalır”.
Xatırladaq ki, 8-ci kilometr stadionunda baş tutan “Zirə” – “Hajduk” matçı 1:1 hesabı ilə heç-heçə başa çatıb. Komandalar arasında cavab görüşü iyulun 31-də Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da keçiriləcək.