“Zirə” – “HNK Hajduk Split” matçının tarixləri açıqlandı
Bakı, 28 iyun , Tsport.az
“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “HNK Hajduk Split” klubu ilə keçirəcəyi oyunların vaxtı bəlli olub.
Tsport.az xəbər verir ki, ilk qarşılaşma iyulun 23-də Bakıda, 8-ci km stadionunda baş tutacaq və yerli vaxtla saat 19:30-da start götürəcək.
Cavab matçı iyulun 31-də Split şəhərində yerləşən “Stadion Poljud”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.