“Zirə” Rövlan Muradovu transfer etdi
Bakı, 1 iyul , Tsport.az
“Zirə” yay transfer pəncərəsində dördüncü futbolçusunu heyətinə cəlb edib.
Tsport.az xəbər verir ki, klub son olaraq “Sumqayıt“da çıxış edən Rövlan Muradovla 2+1 illik müqavilə imzalayıb.
27 yaşlı yarımmüdafiəçi daha əvvəl “Qəbələ” və “Slaviya B” klublarında da forma geyinib.
Qeyd edək ki, “Zirə” bu yay Brahim Konate, Yeqor Boqomolski və İsmayıl İbrahimlini də transfer edib.