“Zirə” UEFA-ya Göndərdiyi İştirak Ərizəsində Dəyişiklik Edib
Bakı, 22 iyul , Tsport.az
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşacaq “Zirə” klubu, UEFA-ya təqdim etdiyi iştirak ərizəsində dəyişikliklər edib.
Tsport.az xəbər verir ki, komandanın əsas siyahısında Vinsent Tillinin yerinə Yeqor Boqomolski daxil edilib.
Bundan əlavə, “qartallar” ləqəbli “Zirə” B siyahısına da bəzi əlavələr edib. Bu siyahıda Səlim Həşimov, Yusif Hacıyev, Ramiz Muradov və Əhliman Süleymanzadə yer alıblar.