“Zirə” UEFA-ya iştirak ərizəsini təqdim etdi
Bakı, 19 iyul , Tsport.az
“Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “HNK Hajduk Split” komandasına qarşı baş tutacaq oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Tsport.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi ilə müəyyənləşdirilən siyahıya ümumilikdə 21 futbolçu daxil edilib. Onlardan 2-si qapıçı, digərləri isə müdafiə, yarımmüdafiə və hücum bölgəsində yer alır:
Qapıçılar:
- Aydın Bayramov
- Tiago da Silva
Müdafiəçilər:
- Ruan Renato
- Ange Mutsinzi
- Rövlan Muradov
- Elçin Əlicanov
- Fuad Bayramov
- Issa Cibrilla
- Stefan Aka
- Qismət Alıyev
Yarımmüdafiəçilər:
- İsmayıl İbrahimli
- George Papunaşvili
- Ayron Gomis
- Hacıağa Hacılı
- Ricardo Queema
- Ceyhun Nuriyev
- Brahim Konaté
Hücumçular:
- David Volkov
- Martins Junior
- Vincent Thill
- Abdul Aziz Batibie
“Zirə” ilə “Hayduk” arasındakı ilk matç iyulun 23-də “Bakcell Arena”da baş tutacaq və saat 19:30-da başlanacaq. Cavab görüşü isə iyulun 31-də Split şəhərində yerləşən “Stadion Poljud”da təşkil olunacaq — oyun Bakı vaxtı ilə 23:00-da start götürəcək.