“Zirə”dən əzici qələbə
Bakı, 30 mart, Tsport.az
Misli Premyer Liqasının XXVIII turunda “Zirə” evdə “Şamaxı“nı qəbul edib.
Tsport.az xəbər verir ki, Kamal Umudlunun idarə etdiyi matçda ev sahibləri əzici qələbə qazandı. Matçda ilk hissədə hesab açılmayıb. İkinci hissədə hesabı 53-cü dəqiqədə Raphael Utzig açıb:1-0. Ruan Renato 71-ci dəqiqədə fərqi 2-yə qaldırdı:2-0. Sonuncu nöqtəni 90+3-cü dəqiqədə Salifu Soumah vurdu: 3-0.
“Zirə” turnir cədvəlində xallarını 55-ə çatdırdı. Beləliklə Misli Premyer Liqasında XXVIII tura yekun vuruldu.
“Qarabağ” – 67
“Zirə” – 55
“Araz-Naxçıvan” – 48
“Turan Tovuz” – 43
“Sabah” – 36
“Neftçi” – 32
“Sumqayıt” – 29
“Şamaxı” – 28
“Kəpəz” – 24
“Səbail” – 19