Azərbaycan Futbolu

“Zirə”dən möhtəşəm qələbə

Bakı, 13 aprel, Tsport.az

Misli Premyer Liqasının XXX turu başa çatdı.

Tsport.az xəbər verir ki, turun sonuncu matçında “Neftçi” evdə “Zirə“ni qəbul edib.

Hesabı 9-cu dəqiqədə Filip Ozobiç açıb: 1-0. 23-cü dəqiqədə Edvin Kuc hesabda fərqi 2-yə qaldırıb:2-0. Qonaqlar 43-cü dəqiqədə Raphael Utzigin penalti qolu ilə hesabda fərqi azaldıblar: 2-1. 61-ci dəqiqədə Davit Volkov hesabı bərabərləşdirib: 2-2. 75-ci dəqiqədə Raphael Utzig yenidən penalti qolu ilə komandasını hesabda irəli keçirir:2-3. 77-ci dəqiqədə Ceyhun Nuriyev hesabda fərqi artırır: 2-4.