“Zirə”dən qələbə
Bakı, 16 iyul, Tsport.az
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” növbəti yoxlama görüşünü uğurla tamamlayıb.
Tsport.az xəbər verir ki, Rəşad Sadıqovun başçılıq etdiyi komanda Türkiyə 1-ci liqasının təmsilçisi “Pendik” üzərində inamlı qələbə qazanıb – 4:0.
Qolları vuranlar:
- Brahim Konate
- Davit Volkov
- Junior Martins (dubl)
Bu nəticə ilə “Zirə” hazırlıq mərhələsindəki ümumi performansını daha da möhkəmləndirib. Komanda bu vaxta qədər 5 yoxlama oyunundan 4-də qalib gəlib, yalnız “Qarabağ”a məğlub olub (0:4). Digər qələbələr:
- Ankara Keçiörengücü – 2:1
- Əl-Hüseyin SC – 1:0
- Çorum FK – 2:0