Azərbaycan Futbolu

“Zirə”dən qələbə

Bakı, 16 iyul, Tsport.az

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” növbəti yoxlama görüşünü uğurla tamamlayıb.

Tsport.az xəbər verir ki, Rəşad Sadıqovun başçılıq etdiyi komanda Türkiyə 1-ci liqasının təmsilçisi “Pendik” üzərində inamlı qələbə qazanıb – 4:0.

Qolları vuranlar:

  • Brahim Konate
  • Davit Volkov
  • Junior Martins (dubl)

Bu nəticə ilə “Zirə” hazırlıq mərhələsindəki ümumi performansını daha da möhkəmləndirib. Komanda bu vaxta qədər 5 yoxlama oyunundan 4-də qalib gəlib, yalnız “Qarabağ”a məğlub olub (0:4). Digər qələbələr:

  • Ankara Keçiörengücü – 2:1
  • Əl-Hüseyin SC – 1:0
  • Çorum FK – 2:0