“Zirə”nin Baş Məşqçisi Rəşad Sadıqov Rafael Utziqi Komandada Görmək İstəmir
Bakı, 22 iyul , Tsport.az
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov braziliyalı futbolçu Rafael Utziqi komandada görmək istəmədiyini bildirib. Bu açıqlama UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”a (Xorvatiya) qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında səsləndirilib.
Tsport.az xəbər verir ki, Rəşad Sadıqov braziliyalı oyunçunu ciddi cəzaların gözlədiyini söyləyib: “Komanda istirahətdən qayıtdıqdan sonra düşərgəyə qoşulmadı. Ona hələ ki, 4 həftə əvəzedici komandada məşq etmək cəzası vermişik və müəyyən məbləğdə pul cəriməsi alıb. Belə futbolçunu komandamda görmürəm. Utziqə bəzi klublardan təkliflər gəlmişdi. Lakin bu təkliflər bizi qane etmədi”.