Azərbaycan FutboluDünya Futbolu

“Zirə”nin konfrans liqasındakı rəqibi “Hajduk” yeni müdafiəçi transfer etdi

Bakı, 27 iyul , Tsport.az

Split təmsilçisi “HajdukKonfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə cavab oyunu öncəsi heyətini yeni transferlə gücləndirib. Xorvatiya klubu, 22 yaşlı mərkəz müdafiəçisi Ron Racini heyətinə qatıb.

Tsport.az xəbər verir ki, Kosovo millisinin üzvü olan futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. Raci daha öncə Kosovonun ” Prishtina” klubunda forma geyinib.

Xatırladaq ki, “Zirə” və “Hajduk” arasında Bakıda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab görüşü iyulun 31-də Splitdəki Polyud stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.